Sorosdan Avropaya xəbərdarlıq

Corc Soros Avropa Birliyini SSRİ-nin taleyini yaşayacağı barədə xəbərdar edib. Amerikalı iqtisadçı Corc Soros Hollandiya telekanalına müsahibəsində Avropa Birliyinin taleyinin SSRİ-nin sonu ola biləcəyini deyib. Sorosun sözlərinə görə, Sovet İttifaqının 70 illik mövcudluğuna yürütdüyü yanlış iqtisadi siyasət son qoyub.

"Avropa Birliyini avronun dağıda biləcəyindən narahatam. Ciddi təhlükə ondan ibarətdir ki, avrozonanın maliyyə problemlərini həll etmək üçün irəli sürülən təklif dərin siyasi problem yaradır".

Sorosun sözlərinə görə, avrozonanın hazırkı rəhbərliyinin ciddi şəkildə vahid valyutanı saxlamaq cəhdləri Avropa Birliyinin siyasi və sosial problemlərinin güclənməsinə gətirib çıxarır ki, bu da onun məhvi ilə nəticələnə bilər: "Almaniya başa düşməlidir ki, avro zonasında iqtisadiyyatın sərtləşdirilməsi kursu əks nəticə verə bilər, bu siyasət uğur gətirməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə