Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyi (İB) etilen-polietilen zavodunun 7 nəfərdən ibarət mütəxəssislər qrupu Fransaya yola düşüb. Qurumdan SİA-ya verilən məlumata görə, səfərdə əsas məqsəd EP-300 istehsalatında tikintisi başa çatmaqda olan, Fransa mütəxəssisləri tərəfindən layihələndirilərək quraşdırılmış yeni susoyutma qurğusunun texnoloji xüsusiyyətləri, işləmə prinsipi ilə bilavasitə istehsalat şəraitində tanış olmaq və ilk gündən başlayaraq onun səmərəliliyinə nail olmaqdır.
Bildirilib ki, istehsalat sahələrində yeniləşmə prosesi, müasir texnologiya və avadanlıqların tətbiqi proqramına uyğun olaraq müasir tipli, ekoloji təmiz və yüksək məhsuldarlıqlı yeni susoyutma qurğusunda bu günlər elektrik və nəzarət-ölçü cihazlarının son quraşdırma-sazlama işlər aparılır. Yeni susoyutma qurğusu hazırda istismarda olan qurğudan yalnız ekoloji təmizliyi və yığcamlığı, yüksək məhsuldarlığı ilə deyil, həm də xidmətin daha asan olması və təhlükəsizliyi, susoyutma prosesinin maksimum avtomatlaşdırılması, bunun nəticəsi olaraq isə xidmət heyətinin azlığı ilə fərqlənir.
Yeni qurğunun bütün texniki sistemləri üzrə mükəmməl idarə olunması məqsədilə təcrübə mübadiləsi qrupuna energetika, nəzarət-ölçü cihazları üzrə mühəndislər, təmirçi-çilingər, nasos-qurğu maşinisti və s. mütəxəssislər daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB