Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" yeni qanun layihəsi daxil edilib. SİA-nın məlumatına görə, bu haqda İqtisadi siyasət komitəsinin ilk iclasında adıçəkilən komitənin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi komitənin üzvləri-millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən hazırlanıb. Komitə sədri deyib ki, belə bir qanun hazırlanması və qəbulu da indiki dövrdə olduqca vacibdir: "Çünki reklam bazarında ciddi boşluqlar var və onlar hüquqi nöqteyi-nəzərdən bir daha tənzimlənməlidir".
Qanun layihəsinin müəlliflərindən olan millət vəkili V. Əhmədov da öz növbəsində hazırladıqları sənədin MM-in yaz sessiyasının qanunvericilik işləri planına salınmasına görə MM rəhbərliyinə təşəkkürünü bildirib: "Qanun layihəsi üzərində son tamamlama işləri gedir və çox güman ki, yaz sessiyasında ilk oxunuşda müzakirəyə çıxara biləcəyik. Hesab etdik, bu yöndə yeni qanun layihəsinə ehtiyac var. Xüsusilə də, reklamların dili ilə bağlı cəmiyyətdə ciddi narazılıq və narahatlıqlar var. Ona görə də bu qanunun hazırlanmasını və müzakirələrə təqdim edilməsini vacib saydıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB