Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinə dair növbəti danışıqlar bu il martın 12-də keçiriləcək. SİA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.
O, aparılan danışıqlarda tərəqqi əldə olunduğunu deyib: "Bu sahədə uğurlarımız var. Biz Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri üzərində ciddi çalışmalıyıq. Bu iki məsələnin həlli vacibdir. Bu məsələ həllini tapdıqdan sonra bundan hər iki tərəf qazanacaq. Bu, Azərbaycan vətəndaşlarına imkan verəcək ki, onlar Avropaya daha rahat səfər etsinlər. Eyni zamanda, Avropa ölkələrinin vətəndaşları da Azərbaycana rahat gələcəklər. Ona görə, biz bu işə önəm veririk."
Onun sözlərinə görə, Gürcüstanda bu proses çox sürətlə aparılıb və nəticə əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB