Azərbaycanda internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35% aşağı salınıb. SİA-nın məlumatına görə, dəyişiklik nəticəsində genişzolaqlı xidmətin tarifləri 2 mbit/s üzrə 20 manatdan 15 manata, 1 mbit/s üzrə 15 manatdan 10 manata endirilib ki, mövcud qiymətlər region ölkələri arasında ən aşağı qiymət hesab oluna bilər.
Bu gün Azərbaycanda 1 mbit/s xidmətin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. İnkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB