Vüqar Bayramlı: “Ermənistan Azərbaycana hər il 5 milyard manat ziyan vurur”
Ermənistan dövləti Azərbaycan topaqlarının 20 faizini işğal etməklə bərabər, həm də ölkə iqtisadiyyatına da xeyli ziyan vurub. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda hasil edilən ümumi daxili məhsul (ÜDM) rahat şəkildə ölkə ərazisinin 80 faizini əhatə edir: "Ermənistanın işğalı birmənalı şəkildə Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərib. Əgər nəzərə alsaq ki, ölkə iqtisadiyyatına vurulan zərər heç də işğal olunan ərazilərdə infrastrukturun dağıdılması, iqtisadiyyata ziyan vurulması fonunda deyil onda bunu daha aydın sezmək olar. Ermənilər işğal etdikləri ərazilərdə kifayət qədər daşınmaz əmlakın, infrastrukturun, məktəblərin və müəyyən zavodları dağıdılmasını reallaşdırıblar. Bu dövlətin işğal etdiyi ərazilər təbii ehtiyyatlarla (qızılla və s.) daha çox zəngin idi. Bununla belə həmin ərazilər turizmin inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab olunurdu. Azərbaycanın işğal olunan bir sıra rayonlarında həmçinin Ağdam rayonunda şərabçılıq kifayət qədər inkişaf etdirilərək, iqtisadiyyatın hərtərəfli təkamülünə zəmin yaratmışdır. Hətta digər ərazilərdə belə (Dağlıq Qarabağ) ixrac imkanları üçün əlverişli şərait vardır. Azərbaycanın ÜDM 2012-ci ildə 43.5 milyard manat təşkil edib".
V.Bayramov deyib ki, əgər ölkə əraziləri ermənilər tərəfindən işğal edilməsə idi, DQ-nın hər bir yerində iqtisadiyyatın inkişafı üçün hərətəfli zəmin var idi: "Eyni zamanda Azərbaycanın qeyri-neft sektorunda formalaşan ÜDM-un həcmi 24.8 milyard manat civarındadır. İşğal olunan ərazilərin Azərbaycan vurduğu illik ziyan 5 milyard manat təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB