Yanvarın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,58 dollar və ya 0,6% artaraq 1 barelə görə 94,14 dollar olub. SİA-nın verdiyi məlumata görə, yanvarın 14-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,24 dollar və ya 1,1% artaraq 111,88 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB