Neft yenidən ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,07 dollar və ya 0,1% azalaraq 1 barelə görə 90,80 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,1% azalaraq 110,64 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə