Neft ucuzlaşıb

Dekabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,47 dollar və ya 1,6% azalaraq 1 barelə görə 88,66 dollar olub.

SİA-nın xəbərinə görə, dekabrın 21-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,23 dollar və ya 1,1% azalaraq 108,97 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə