Türkiyənin kosmos nailiyyəti

Türkiyə dekabrın 19-da növbəti "Göktürk-2" yerli kəşfiyyat peykini orbitə çıxarmağa hazırlaşır. SİA-nın türk mətbuatına istinadə verdiyi xəbərə görə, peyk Türkiyə vaxtı ilə saat 18:13-də Çinin "Jiuquan" bazasından buraxılacaq. Müdafiə məqsədləri üçün istifadə olunacaq peyk 2,5 metr uzunluğa malikdir.

Qeyd edək ki, bundan əvvəl, 2011-ci ildə Türkiyə birinci "RASAT" yerli kəşfiyyat peykini orbitə buraxmışdı. Yeni "Göktürk-2" peykində təsvirlərin yerləşdirilməsi "RASAT" peykindəkindən üç dəfə çox olacaq. Peyklərin yaradılması Türkiyə ordusunun yerli silahlarla, avadanlıqlarla təchizatına yönəlmiş dövlət proqramının bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə