Dəmir yolunda təhlükəli keçidlər bağlanır

Dəmir yolunda təhlükəli keçidlər bağlanır

"Bakı-Tiflis-Qars dəmir yolu Çindən başlayaraq Avropaya uzanan nəqliyyat dəhlizinin bir parçası olacaq". SİA-nın məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib. O bildirib ki, hazırda Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin sürətlə davam etdirilir: "Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı da işlər həyata keçirilirdib".

Arif Əsgərov Bakı-Böyük Kəsik dəmir yolunda da əsaslı təmir işlərinin aparıldığını və əsaslı təmir işləri başa çatandan sonra bu yolda sürətin artacağını nəzərə çatdırıb. O, dəmiryolçuların sosial durumlarının, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.

Sədr onu da qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı işlər 2014-cü ilin birinci rübündə başa çatacaq. 2014-cü ilin birinci rübündən də Bakı-Tiflis-Qars dəmir yolu ilə yük və sərnişinlərin daşınmasına başlanacaq".

O, dəmir yolu keçidlərindəki qəzalardan sonra belə keçidlərin sayının azaldıldığını da bildirib: "Hazırda dəmir yolunda 364-dən artıq keçid var, bunların 318-i qorunmayan, 46-sı isə qorunan keçiddir. Son vaxtlar baş verən qəzalarla əlaqədar olaraq Nəqliyyat Nazirliyinin tapşırığı əsasında bütün keçidlər analiz olundu. Artıq 40-dan çox keçid bağlanıb. Hansı yerdə ki təhlükəsiz hərəkət təmin olunmayıb, o keçidlər bağlanır".

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə