Bu gün Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi işə başlayıb. SİA-nın məlumatına görə, tədbirin birinci iş günü Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının 42-ci yığıncağı keçiriləcək və IV Konqresin təşkilati məsələlərinə baxılacaq.
Konqresin gündəliyinə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının III Konqresindən sonrakı işi və 2012-2017-ci illər üçün fəaliyyət Proqramının əsas istiqamətləri haqqında, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş Komissiyasının hesabatların dinlənilməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Nizamnaməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş komissiyasının seçilməsi, DHİBK-in IV Konqresinin qətnamələri haqqında məsələlər daxil edilib.
Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev iştirak edirlər.
Xatırladaq ki, Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresinə Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri F.Bağırov və təşkilat şöbəsinin müdiri S.Böyükzadə nümayəndə seçiliblər. Bu il avqustun 7-də Moskva şəhərində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Nizamnaməsinə müvafiq olaraq Konfederasiyanın IV Konqresinin keçirilmə məsələlərinə dair Həmkarlar İttifaqları sədrlərinin müşavirəsi keçirilib və IV Konqresin Bakıda keçirilməsi qərara alınıb.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB