Sentyabrın 10-dan əsaslı təmirə dayandırılan "Sahil" stansiyasının ikinci eskalatorunun əsaslı təmiri başa çatdırılıb. Metropolitendən SİA-ya verilən məlumata görə, 10 min km-dən artıq istismar olunan eskalator əsaslı təmirə dayandırılmalıdır. Ötən dövr ərzində eskalatorun hissələri çıxarılaraq təftiş olunub, lazım olanları yenilənib, qalanları isə təmir edilib.
Eskalator distansiyasının rəisi Elçin İsmayılovun sözlərinə görə, metropolitenin strukturuna daxil olan vahidlərdən biri - Birləşmiş emalatxanalar, həmişəki olduğu kimi, bu dəfə də eskaltorun təmirini yüksək səviyyədə yerinə yetiriblər. O, bildirib ki, eskalator hərəkətdə yoxlanılmaqla onun hərəkət sistemi qiymətləndiriləcək aşkarlanarsa nöqsan və qüsurlar aradan qaldırılacaq.
Gələn həftənin əvvəli sərnişinlərin təhlükəsizliyini tam təmin etmək məqsədilə son yoxlamalar aparılacaq. Eskalatoru Birləşmiş emalatxanalardan təhvil alacaq eskalator distansiyası onu istismara vermək üçün, qaydalara əsasən, böyük qazan müfəttişinin yoxlamasmının nəticəsini gözləməlidir. Bu baxış və yekun qərar 2-3 gündən sonra verilir.
Bakıda metropoliten fəaliyyətə başlayandan istismar olunan "Sahil" stansiyasında eskaltorların da istismar müddətinin başa çatmasına da az qalıb və onların daha müasirləri ilə əvəzlənməsi qarşıdakı illərin perspektiv planına daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB