Milli Məclisdə bəzi sazişlər qəbul olunub

Milli Məclisdə bəzi sazişlər qəbul olunub

Milli Məclis "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi haqqında məsələyə baxıb.

SİA-nın məlumatına görə, sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanan Saziş təsdiq edilib.

Bununla yanaşı, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi haqqında məsələ də müzakirəyə çıxarılıb. Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair"2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanan Saziş təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə