İsveçrə Milli Bankının (İMB) və İsveçrənin SECO təşkilatının nümayəndələrinin Azərbaycan Mərkəzi Bankına (AMB) növbəti missiyası çərçivəsində görüşləri keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, missiyanın əsas məqsədi AMB-də həyata keçirilən "2011-2014-cü illər üzrə Strateji Plan"ın icrasına dair texniki yardım imkanlarının və bu istiqamətdə perspektiv əməkdaşlıq məsələlərinin müzakirəsindən ibarət olmuşdur.
Görüşlərdə AMB-nin aidiyyatlı strukturlarının rəhbərləri ilə Strateji Planın icrası məsələləri, texniki yardımların effektivliyi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
Eyni zamanda AMB-də tədqiqat və maliyyə savadlılığı portalının təsis edilməsi, modelləşdirmə və proqnozlaşdırma məqsədləri üçün xarici ekspertlərin cəlb edilməsi, insan resursları üzrə yeni idarəetmə modelinin işlənməsi və digər məsələlər barəsində görüşlər keçirilib.
Missiyanın sonunda Strateji Planın icrası çərçivəsində prioritet layihələrə texniki yardımların cəlb olunması məsələləri və bu istiqamətdə perspektiv əməkdaşlığın zəruriliyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB