"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi sürətlə həyata keçirilir. Əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Prossesin belə sürətlə gedəcəyi gözlənilmirdi deyən nazirin sözlərinə görə, bu da işlərin yüksək səviyyədə təşkil edilməsinin nəticəsidir: "Bu prosesdə müəyyən nöqsanların olduğu istisna deyil. Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik. Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir", - deyə S.Şərifov bildirib.
S.Şərifov gələn il Azərbaycanda əmək haqları və pensiyaların məbləğinin artırılacağını da bildirib. O qeyd edib ki, maaş və pensiyaların artırılması, eləcə də digər sosial proqramlar son illərin dövlət büdcəsinin xarakterik xüsusiyyəti olub:"Hesab edirəm ki, bu ənənə növbəti ildə də davam etdiriləcək".
Samir Şərifov həmçinin ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, bu sahədə ciddi addımlar atılmalıdır: "Bu, təkcə Maliyyə Nazirliyindən asılı məsələ deyil, amma güman edirəm ki, biz artıq bu sahə üzrə daha təsirli addımlar atmalıyıq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB