Neft bahalaşır

Oktyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,2% artaraq 1 barelə görə 86,28 dollar olub.

SİA-nın xəbərinə görə, oktyabrın 26-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,06 dollar və ya 1,0% artaraq 109,55 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə