Bu il iyunun 1-dən avqustun 31-dək Azərbaycan regionlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə 353 521 turist istirahət edib. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.
Onun sözlərinə görə, həmin turistlərin 322 568 nəfəri yerli, 30 953 nəfər xarici turist olub: "2010-cu ilin göstəricilərinə görə, yay mövsümü ərzində respublikamızın əsas turizm bölgələrində istirahət edən turistlərin sayı 190 438 nəfər, 2011-ci ildə isə 231 959 nəfər təşkil edib.
2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31 850-dir. Hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 327, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 210 turizm şirkəti fəaliyyət göstərir".
İsmiyev onu da qeyd edib ki, cari ilin 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 088 823 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 7,1 faiz və ya 72 264 nəfər çoxdur. 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 239 141 nəfər təşkil edib, bunun da 1 836 226 nəfəri turistlərin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB