Almaniyanın Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatası Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır. SİA-nın xəbərinə görə, bunu Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatasının sədri Harald Auqter 14-cü Azərbaycan-Almaniya Biznes Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, iqtisadi nailiyyətlər səbəbindən Azərbaycanın alman sahibkarları üçün maraqlıdır və iqtisadi əməkdaşlığı mövcuddur. H.Auqter qeyd edib ki, bu baxımında da rəhbərlik etdiyi Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatası Azərbaycanda nümayəndəlik açmaq və ya yerli qurum vasitəsi ilə fəaliyyət göstərmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB