Almaniya ilə xarici ticarət dövriyyəmiz 936 mln. dolları ötüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dünyanın 140 ölkəsi ilə ticarət dövriyyəsi aparıb. SİA-nın xəbərinə görə, bunu İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Hüseyn Paşayev bu gün Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, aparılan ticarət dövrüyələri nəticəsində, xarici ölkələrlə ticarət əlaqələrinin məbləği 19,38 mlrd. dollar təşkil edib. Bunun isə idxal həcmi 5,8, ixracın həcmi 14 mlrd. dollar olub.
"Şərq Tərfdasşlıq proqramı çərçivəsində Azərbaycan Avropanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Belə ki, hazırda Avropa ölkələri ilə ticarət dövrüyyəsi artmaqdadır. O cümlədən Almaniya ilə də apardığımız danışıqlar və tədbirlər nəticəsində nəticəsində iki ölkə arasında ticarət dövrüyyəsi artır. Bu ilin 6 ayında Azərbaycan ilə Almaniya arasında xarici ticarət dövriyyəsi 936 mln. ABŞ dolları olub", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB