Azərbaycana xarici investisiyalar artıb

Azərbaycana xarici investisiyalar artıb

Bu il ölkə iqtisadiyyatına 4,7 milyard dollar dəyərində xarici investisiya yatırılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 36,8 faiz artıb. Investisiyaların 29,7 faizi iqtisadiyyata maliyyə kreditləri, 46,2 faizi birbaşa investisiyalar, 24,1 faizi digər investisiyalar şəklində daxil olub.Birbaşa investisiyaların həcmi 2,2 milyard dollar təşkil edərək 2011-ci illə müqayisədə 26,9 faiz artıb, onun 1,9 milyard dolları və ya 85,5 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmiş və 26,1 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə