Elektrik şəbəkələri yenidən qurulur

Elektrik şəbəkələri yenidən qurulur

Astara rayonunun paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri həyata keçirilir. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, "Astara" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində cari ilin son üç ayında 10 kilovoltlq (kV) xətlərin 700 metrdən artıq hissəsi yenidən qurulub, 1,5 kilometrdən çox hissəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda 0,4 kV-lik xətlərin müəyyən hissəsi SİP kabellə əvəzlənib, 4,3 kilometr hissəsində isə təmir işləri aparılıb. Bu dövrdə müəssisənin balansına aid olan transformator məntəqələrinin 54-ü təmir edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə