Amerika Birləşmiş Ştatları ən böyük quraqlıq dövrünü yaşıyır. Qeyd edək ki, mərkəzi və qərbi Amerika bölgəsində quraqlıq daha ciddi şəkildə yayılıb. Sinoptiklər bildirir ki, 1895-ci ildən bəri ABŞ özünün ən istilər günlərini yaşayır. Anomal istilər ölkənin qarşıdalı təsərüfatının 80, soya təsərüfatının isə 11 faizinə ciddi ziyan vurub.
Ekspertlərin fikirinci, mövcud istilər dünyanın qida sənayesinə mənfi təsir göstərəcək. Qeyd edək ki, kəskin istilərin ardınca dünya bazarlarında qarğdalı 29, taxıl 41, soya isə 17 faiz bahalaşıb. ABŞ-ın kənd təsərrüfatı nazirliyi bəyanat verib ki, gələn ildən etibarən ölkənin daxili bazarında qida məhsullarının qiymətini 4 faiz bahalaşdıracaqlar. Taxılın bahalaşması heyvandarlıq məhsullarına təsir edəcək.
Xatırladaq ki, ABŞ taxıl, soya, qarğdalı və paxla əkininə görə dünya bazarında mühüm paya malikdir. Bu səbəbdən ABŞ-dakı bahalaşma qısa müddətdə dünya ölkələrinə öz təsirini göstərəcək. Dünyanın digər nəhəng ölkəsi olan Rusiyada da vəziyyət qənaətbəxş deyil. Belə ki, şiddətli istilər ölkənin kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olub. Rusiyanın Ulyanovsk vilayətində becərilən taxıl ötən ilə kimi İranada ixrac edilirdi. Bu il isə məhsuldarlığın aşağı düşməsi səbəbindən heç bir ölkəyə taxıl ixrac edilməyəcək. Bölgədəki fermerlər bildirib ki, bütün məhsul anbarlarda saxlanacaq. ABŞ və Rusiyadakı problem dünya bankının ciddi narahatlığına səbəb olub. Dünya banka açıqlamasında bildirib ki, mövcud vəziyyət dünyada ərzaq qıtlığına və aclığa səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB