Cənubi Koreyanın Samsung Electronics şirkətinin 2012-ci ilin ikinci rübündə xalis mənfəəti bir il əvvəlin analoji dövrü ilə müqayisədə 48 faiz artaraq rekord həddə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cari ilin birinci rübü ilə müqayisədə xalis mənfəət 3 faiz artaraq 4,5 milyard dollar olub. Şirkətin əməliyyat mənfəəti ikinci rüb ərzində 5,9 milyard dollar təşkil edib.
2012-ci ilin aprel-iyun aylarında şirkətin əməliyyat gəlirinin 63 faizi məhz mobil qurğuların satışı hesabına əldə olunub. Analitiklər hesab edirlər ki, bu müddət ərzində Samsung 50 milyona yaxın smartfon, o cümlədən 6,5 milyon Samsung Galaxy S3-ün satışını gerçəkləşdirib.
Şirkətin mədaxili təxminən 41,5 milyard dollara bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB