Tariximizdə bu gün
1830 - Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Bu qərar işğal olunmuş Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını səngitmək niyyəti daşıyırdı.
1992 - Azərbaycanla Oman dövləti (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1996 - Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almışdı.
2006 - Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. BTC-nin açılışı Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə başlanan yol uğurla başa çatmışdı. BTC-nin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəql gücü 1 mln. barreldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB