260 kiloqram yararsız ərzaq məhsulu satışdan çıxarılıb

260 kiloqram yararsız ərzaq məhsulu satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı 260 kq yararsız ərzaq malları aşkar olunub. Həmin ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə