Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 milyard 475 milyon manat daxil olub, büdcədən 1 milyard 286 milyon 700 min manat vəsait xərclənib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1188.3 milyon manatlıq profisit ümumi daxili məhsulun 14.9 faizini təşkil edib. Büdcə xərclərinin 287.7 milyon manatı və ya 21.7 faizi iqtisadiyyatın inkişafına, 343.6 milyon manatı (26.7 faizi) sosial müdafiə və sosial təminata, 174.3 milyon manatı (13.5 faizi) təhsilə və səhiyyəyə yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB