Azərbaycanda karbohidrogen ehtiyatları 4,5 milyard ton şərti yanacaq həcmindədir

Azərbaycanda karbohidrogen ehtiyatları 4,5 milyard ton şərti yanacaq həcmindədir

\"Azərbaycanda karbohidrogenlərin ehtimal edilən ehtiyatları 10 milyard ton şərti yanacaq həcmində dəyərləndirilir\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir. "Xarici tərəfdaşlarla əməkdaşlıq nəticəsində neft və qaz hasilatı sahəsində böyük uğurlar əldə olunub. Xüsusilə də neft hasilatı altı dəfə artaraq ildə 50 milyon tona çatıb. Qaz hasilatı isə 2004-2011-ci illərdə 5,2 dəfə, müvafiq olaraq ildə 5 milyard kubmetrdən 26 milyard kubmetrədək artıb".

Hazırda ölkədə neft hasilatının gündəlik həcmi təxminən bir milyon barel təşkil etdiyini deyən Rövnəq Abdullayev onu da bildirdi ki, ölkədə qaz hasilatının həcminin artırılması üzrə planlar çərçivəsində Xəzərin Azərbaycan sektorundakı \"Şahdəniz\" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına hazırlıq başa çatacaq. "ARDNŞ Azərbaycanda qaz hasilatı həcmlərinin artırılması ilə bağlı böyük planlara malikdir. Son illərdə \"Ümid\" və \"Abşeron\" kimi yataqlar kəşf edilib, eləcə də \"Naxçıvan\", \"Şəfəq-Asiman\", \"Zəfər\" və \"Məşəl\" perspektivli strukturlara da böyük ümidlər var. 2015-ci ilədək Azərbaycanda qaz hasilatı həcmləri ildə 30 milyard kubmetr, 2025-ci ilədək isə 50 milyard kubmetr olacaq. Bu, həm region, həm də Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətini möhkəmləndirəcək və artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə