Bərdə də 8 min hektar ərazi yazlıq əkinə hazırdır

Bərdə də 8 min hektar ərazi yazlıq əkinə hazırdır

Baharın gəlişi əkin sahələrini canlandırıb. Bərdədə əkinə hazırlıq işləri aparılır, torpaq şumlanır, səpinə hazırlanır, bir cox kənd təsərüfatı məhsulları isə suvarılır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hazırda rayonda 8 min hektardan cox ərazidə yazlıq əkin işləri aparılır. Yazlıq əkinlərdə əsasən pambıq, cuğundur, bostan bitkiləri, qarğıdalı, günəbaxan, yonca əkilməsi nəzərdə tutulub. Kənd sakinlərinin sözlərinə görə havaların əlverişli keçməsi gələcəkdə məhsuldarlığın artmasına səbəb olacaq. Cünki məhsulun bol olması ücün bitkilər günəşdən lazımı qədər qidalanır.

Bərdə Rayon İcra Hakimiyyətinin baş aqronomu Əhmət Qarayevin verdiyi məlumata görə, ötən il illə müqayisədə bu il kəndlilərin əkinçiliyə marağı daha da artıb. Rayonda əkin işlərinin həyata keçirilməsi üçün lazım olan aqrotexniki vasitələr hazır vəziyyətə gətirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə