Neft yenidən bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,3% artaraq 1 barelə görə 107,33 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,1% azalaraq 125,54 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə