Maliyyə Nazirliyi əmanətlərinin qaytarılması ilə bağlı “Qaynar xətt” yaradıb

Maliyyə Nazirliyində fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı "Qaynar xətt" yaradılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dövlət başçısının "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Maliyyə Nazirliyində "Qaynar xətt" yaradılıb.

"Vətəndaşlar iş günləri saat 09:00-dan 18:00-dək 404-46-03 şəhər nömrəli telefona zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilər".

Eyni zamanda, Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində fəaliyyətə başlayan "online" müraciət bölməsi ([email protected]) vasitəsilə də suallara qısa zamanda cavab almaq mümkündür.


Bütün xəbərlər Facebook səhifəmizdə