Neft yenidən bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,00 dollar və ya 1,0% artaraq 1 barelə görə 107,16 dollar təşkil edib.

SİA-nın məlumatına görə, martın 8-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,04 dollar və ya 0,8% artaraq 125,16 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə