Beynəlxalq təşkilatın hesabatında Azərbaycan 3 pillə irəliyib

Beynəlxalq təşkilatın hesabatında Azərbaycan 3 pillə irəliyib

Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, bazar iqtisadiyyatının inkişaf etdirilməsi, biznes mühitinin liberallaşdırılması məqsədilə həyata keçirilən tədbirləri və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirirlər.


SİA-nın verdiyi xəbərə görə, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing buisness - 2012" hesabatında Azərbaycan 2011-ci illə müqayisədə 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutub.


Azərbaycan əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə etmiş Azərbaycan inkişaf etmiş ölkələrlə bir sıradadır.


Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir.


Bütün xəbərlər Facebook səhifəmizdə