Neftin qiyməti ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,01 dollar və ya 1,8% azalaraq 1 barelə görə 106,55 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,62 dollar və ya 2,1% azalaraq 121,55 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə