Regionlarda radiomonitorinqlərə başlanılıb

Regionlarda radiomonitorinqlərə başlanılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi rəqəmli televiziya yayımına keçidlə əlaqədar olaraq ayrı-ayrı regionlarda radiomonitorinq işlərinə başlayıb.

SİA-nın məlumatına görə, radiomonitorinq Gəncə, Lerik, Lənkəran bölgələrində də keçirilib.

Yaxın günlərdə Şamaxı, Qobustan, Ağsu və Daşkəsən ərazilərində bu istiqamətdə tədbirlər keçiriləcək.


Qeyd edək ki, monitorinq aparılan ərazilərdə rəqəmli televiziyanın əhatə dairəsi müəyyənləşdirilərək xəritələrə işlənilir və ümumi nəticələrə görə təhlillər aparılaraq rəylər verilir.


Bütün xəbərlər Facebook səhifəmizdə