2011-ci ildə nəqliyyat müəssisələrində işləyən 64,7 min muzdlu işçinin 76,3 faizi dövlət müəssisələrində, 23,7 faizi özəl bölmədə çalışıb.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, işçilərin 55,6 faizi yerüstü və boru kəməri, 14,6 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.
2010-cu illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 18,5 faiz artaraq 447,0 manat olub. Bu göstərici hava nəqliyyatında 932,9 manat, dəniz nəqliyyatında 588,3 manat, avtomobil nəqliyyatında 435,2 manat təşkil edib. Əmək haqqı hava nəqliyyatında 36,3 faiz, avtomobil nəqliyyatında 12,8 faiz, dəniz nəqliyyatında 8,8 faizlik artımla müşahidə olunub.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,6 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,4 faiz artaraq 575,7 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB