Fazil Məmmədov: “Vergi və dövlət rüsumlarının internet vasitəsilə ödənilməsi tezliklə fəaliyyətə başlayacaq”
Vergi və dövlət rüsumlarının internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşdırılıb. SİA-nın məlumatına görə, vergilər naziri Fazil Məmmədov bu gün "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən ilk Vergi Forumundakı çıxışında bildirib ki, banklar və digər aidiyyəti qurumlarla müvafiq kollektiv müqavilə imzalandıqdan sonra sistem fəaliyyətə başlayacaq: "Bu sahədə qısa müddətdə ciddi irəliləyişlər əldə ediləcək. Nəzərdə tutulub ki, vergilərin mobil telefonlar vasitəsilə ödənilməsi də tezliklə tətbiq edilsin".
Nazir çıxışı zamanı həmçinin qeyd edib ki, bu gün ölkədə vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90 faizi elektron formatda göndərilir: \"Vergilәrin alınması sahəsində inzibatçılıq mexanizmlәrinin yaxşılaşdırılması, eləcə də vergi ödəyicilərinin intensiv məlumatlandırılması sahəsində tətbiq olunan mexanizmlər nəticəsində bu gün ölkəmizdə vergi ödəyicilərinin əksəriyyəti bəyannamələrini vaxtında təqdim edirlər. Vergi xidmətində müasir informasiya texnologiyalarının geniş tətbiqi ilə korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynayan məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB