ARDNŞ tərəfindən həyata keçirilmiş qazma işləri ötən ilin dekabr ayına nisbətən 51,7 faiz artıb

ARDNŞ tərəfindən həyata keçirilmiş qazma işləri ötən ilin dekabr ayına nisbətən 51,7 faiz artıb
Bu ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçirilmiş qazma işləri ötən ilin dekabr ayına nisbətən 51,7 faiz artıb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, hesabat ayında ARDNŞ (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 739 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 10 034 metri istismara, 705 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 240 metri isə struktur axtarış qazmasına aid olub.

Qeyd edək ki, 2012-ci il ərzində ARDNŞ 280 min metr qazma işləri həyata keçirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə