“Günəşli” yatağında quyu qazmadan sonra istismara verilib

“Günəşli” yatağında quyu qazmadan sonra istismara verilib

"Günəşli" yatağındakı 46 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın SOCAR-a istinadən xəbər verir ki, "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılmış quyu 4053-4044 metr intervaldan sutkada 95 ton neft, 47 min kubmetr qaz hasilatı ilə işləyir.

Quyu "28 May" NQÇİ-nin sifarişi ilə qazılıb."Günəşli" yatağının dayaz sulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə