2011-ci ildə dəmir yolu ilə 22,1 milyon ton yük daşınıb

2011-ci ildə dəmir yolu ilə 22,1 milyon ton yük daşınıb

2011-ci il ərzində dəmir yolunun stansiyalarından 14,4 milyon ton yük göndərilib, bunlardan 9,7 milyon ton yük neft və neft məhsulları təşkil edib, o cümlədən, tranzit nefti 5,8 milyon ton göndərilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumi yük daşımaları 2011-ci il ərzində 22,1 milyon ton təşkil edib, o cümlədən, daxili daşımalar 4,4 milyon ton, ixrac 4,4 milyon ton, idxal 5,5 milyon ton, tranzit 7,8 milyon ton təşkil edib.

Ümumi yük dövriyyəsi 7,8 milyard ton-km təşkil edib, o cümlədən, daxili daşımalar üzrə 899 milyon ton-km, ixrac 1,7 milyard ton-km, idxal 1,4 milyard ton-km, tranzit 3,8 milyard ton-km təşkil edib.

2011-ci il ərzində dəmir yolu stansiyalarından 3,4 milyon nəfər sərnişin göndərilib. Dəmir yolu üzrə sərnişin daşımaları 3,5 milyon nəfər təşkil edib, o cümlədən, birbaşa əlaqə 290 min nəfər, yerli əlaqə 1,5 milyon nəfər olub. Ümumi sərnişin dövriyyəsi 670 milyon sərnişin-km təşkil etmişdir. Vaqonun sərnişin sıxlığı 21 nəfər olub.

Yük vaqonunun dövriyyəsi 4,5 gün, vaqonunun məhsuldarlığı 4,6 min ton km-netto, yük qatarının sahə sürəti 26,7 km/saat, lokomotivin məhsuldarlığı 627 min ton km-brutto olub. 2011-ci il ərzində "Azərbaycan Dəmir Yolları"nın ümumi gəliri 193 milyon manat təşkil edib. Bunun 172 milyon manatı yük daşımalarından, 21 milyon manatı isə sərnişin daşımalarından əldə edilib.

Hesabat dövründə dəmir yolunda görülmüş iş və xidmətlərə çəkilmiş xərclər ümumilikdə 177 milyon manat təşkil edib, 16 milyon manat mənfəət əldə olunub. Ümumi gəlirdən 62 milyon manat işçilərin əmək haqlarının ödənilməsinə, 13 milyon manat sosial müdafiə fonduna, 13 milyon manat dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 36 milyon manat istifadə olunmuş elektrik enerjisi, yanacaq və su haqlarının ödənilməsinə, 36 milyon manat materiallara və 17 milyon manat isə digər xərclərə sərf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə