Azərbaycanda taxıl istehsalı 23 faiz artıb

Azərbaycanda taxıl istehsalı 23 faiz artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan taxıl istehsalını ötən ilin analoji dövrünə nisbətən 22,9 faiz artırıb. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7 faiz çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə, Azərbaycan 2011-ci ilin yanvar-noyabr aylarında bu məhsulun yığımını 11,5 faiz artıraraq 151,7 min tona çatdırıb: "Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on bir ayına nisbətən 22,9 faiz çoxdur", - deyə komitədən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə