Quba-Xaçmaz İqtisadi rayonundan olan 33 sahibkara 419 min manat kredit verilib

Quba-Xaçmaz İqtisadi rayonundan olan 33 sahibkara 419 min manat kredit verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, 100-dən artıq sahibkarın iştirak etdiyi tədbirdə iştirakçılara güzəştli kreditlərdən istifadə mexanizmləri, investisiya layihələrinin hazırlanmasına dair məlumatlar verilib. SKMF-nun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə cari ildə sahibkarlıq subyektlərinin 1506 investisiya layihəsinin maliyyələşdirilməsinə 123,9 milyon manat vəsait ayrılıb. Bu layihələrin reallaşması nəticəsində 5700-dən çox yeni iş yerləri açılıb.

Tədbirdə Quba-Xaçmaz İqtisadi rayonundan olan 33 sahibkara 419 min manat kredit verilib. Bu kreditlər hesabına 50-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir zamanı kredit alan sahibkarlar vəsaiti əsasən kənd təsərrüfatı subyektlərinin inkişafına sərf edəcəklərini bildiriblər.

Tədbirin sonunda SKMF-nun müaliyyə vəsaiti hesabına Qubanın Dəlləkli və Vladimrovka kəndlərində inşa olunan soyuducu anbar kompleksinə, o cümlədən bu kəndlərdə salınan intensiv meyvə bağlarına baxış keçirilib.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə