350 kiloqramadək yararsız ərzaq məhsulları satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı
Bakının Nizami rayonunda
Çobanzadə küçəsi, ev 16 A ünvanında Murad Süleymanova məxsus mağazada, D.Aslan küçəsi, 1A ünvanında Rizvan Cəfərova məxsus mağazada, Q.Qarayev prospekti, ev 107, mənzil 27 ünvanında yerləşən "Elit" kafesində;
Binəqədi rayonunda
Binəqədi qəsəbəsi, Ticarət cərgəsində İlqar Çərkəzova məxsus mağazada, T.Yaqubov küçəsi, ev 8 ünvanında yerləşən "Turan market"də, A.Zeynallı küçəsindəki "Tunel market"də, 6-cı mikrorayon, Məmmədxanov küçəsində Asif Hüseynova məxsus mağazada, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 91 ünvanında İsmayıl Salmanova məxsus mağazada;
Nəsimi rayonunda
4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 18A ünvanında Elşad Məmmədova məxsus mağazada, Azadlıq prospekti, ev 104 ünvanında Zaur Cəbiyevə məxsus mağazada, S.Rüstəm küçəsi, ev 58/37 ünvanında yerləşən "Yuraf" market"də, Ş.Bədəlbəyli küçəsi, 96 ünvanında Oruc Məmmədova məxsus mağazada;
Tərtər rayonunda
Nizami küçəsində Əziz Abdullayevə məxsus mağazada; Ağstafa rayonunda Qırılı kəndində Nüşabə Əmiraslanovaya məxsus mağazada; Oğuz şəhərində H.Əliyev küçəsində Rəna Vahabovaya məxsus mağazada; Bərdə rayonunda Nizami küçəsində Vüqar Mustafayevə və Tanrıverdi İbişova məxsus mağazalarda ümumi çəkisi 340 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB