Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32 faiz təşkil edir

Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32 faiz təşkil edir

Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına görə dünyanın 10 ən yüksək inkişaf etmiş ölkələri sırasında yer alıb.

SİA-nın verdiyi məlumaya görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirlikdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

Tədbirdə qeyd olunub ki, artıq 7-8 ildir Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32 faiz təşkil edir. Bu, dünya göstəricisini 2-2,5 dəfə üstələyir. Ölkədə İKT öz spektrini genişləndirib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə