Neftin qiyməti yenidən ucuzlaşıb

Nyu-York birjasında "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 1,94 dollar və ya 2,5% ucuzlaşaraq, 75,67 dollara enib. Bu, 2010-cu sentyabrın 23-dən bu yana minimum hədd sayılır. SİA-nın xəbərinə görə, London birjasında isə "Brent Crude Oil" markalı neft 1,92 dollar və ya 1,9% ucuzlaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 99,79 dollar təşkil edib. Beləliklə, Avropada neftin bir barelinin qiyməti fevralın 7-dən bu yana ilk dəfə 100 dollardan aşağı enib.


Bütün xəbərlər Facebook səhifəmizdə