Tezliklə Şimal bölgəsində yeni bir elektrik stansiyanın təməli qoyulacaq

Tezliklə Şimal bölgəsində yeni bir elektrik stansiyanın təməli qoyulacaq

\"Azərbaycan enerjisini almaq istiqamətində hələ ki Gürcüstan, İran və Rusiya ilə işləyirik. Yeni təkliflər isə yoxdur.\" Bunu SİA-ya açıqlamasında "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib. \"Azərenerji\"nin rəhbəri qış mövsümündə Tarif Şurasının qiymələri artırıb-artırmayacağı ilə bağlı ilə məsələ münasibət bildirərkən bu barədə heç bir məlumatlarının olmadığını qeyd edib.

Evlərin üstündən keçən elektrik naqilləri ilə bağlı da danışan Etibar Pirverdiyev Sumqayıtda və Gəncədə artıq kabelləşmə işlərinə start verildiyini deyib.

O həmçinin bu yaxınlarda Şimal bölgəsində yeni bir elektrik stansiyanın təməlinin qoyulacağını da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə