Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il avqustun 26-da Daşkəsən rayonunda \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Daşkəsən rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması;

- intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının yaradılması;

- kiçik həcmli meyvə emalı sexinin yaradılması.

Bu gündən etibarən \"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları\"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Bütün xəbərlər Facebook səhifəmizdə