Dondurmaların muvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi faktı aşkarlanıb

Dondurmaların muvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi faktı aşkarlanıb

Abşeron rayon Xırdalan qəsəbəsi, Heydər Əliyev kucəsi, ev 227A unvanında Muzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların muvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması aşkarlanıb. SİA-nın xəbərinə görə, bu səbəbindən sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri uzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Muzəffər Poladova 527 manat maliyyə sanksiyası tətbiq edilib.


Konul Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə