Avqustun 27-də ARDNŞ-in Baş ofisində kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezident Xaliq Məmmədovun sədiriliyi ilə şirkətin idarə və müəssisələrinə işə qəbul prosedurlarının müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ-in idarə və müəssisə rəhbərləri, kadr xidmətlərinin rəsiləri və İnsan Resursları Departamentinin əməkdaşları çıxış edib.
Tədbirdə çıxış edən vitse-prezident qeyd edib ki, kadrların seçilməsi, işə qəbul olunması, daha səmərəli yerləşdirilməsi və peşəkarlıq səviyyəsinin artırılması naminə biz aprel ayında şirkətin baş ofisində İnsan Resursları Departamenti yaradılıb: "ARDNŞ-ə işə qəbul yalnız və yalnız İnsan Resursları Departamenti tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir".Sonra çıxış edən İnsan Resursları Departamentinin sədri Asif Bəkirli işə qəbul prosesinin təkmilləşdiyini bildirib: "Bu istiqamətdə işlər davam edir və Prezident İlham Əliyevin göstərişi ilə bu sahəyə diqqət artırılıb. Bilirsiniz ki, Prezidentimizin göstərişi ilə ARDNŞ-də işə qəbul müasir dövrün tələblərinə cavab verən səviyyəyə çatdırılır və bu istiqamətdə şirkət prezidenti cənab Rövnəq Abdullayevin əmri əsasında işə qəbul üzrə sistem yaradılıb".
Daha sonra bu sistem haqda bilgi verən departamnet sədri qeyd edib ki, işə qəbul qaydası tam elektron varianta keçiriləcək: "Biz ilk öncə şirkət daxilindəki idarələrin rəhbərlərindən vakansiyaları qəbul edəcəyik və burda hər bir idarə rəhbəri ona lazım olan işçinin hansı xüsusiyyətlərə malik olması haqda bilgiləri həmin məlumatda yerləşdirəcək və biz də toplanmış məlumatları şirkətin saytında yerləşdirəcəyik. Bundan sonra müracətlərə baxılacaq. Bundan sonra elektorn ərizələri təsdiq olunmuş işçilər həmin idarəyə məxsus mütəxəssislərin baxışından keçəcək. Əgər vakansiya xüsusi qabiliyyət tələb edən işdirsə, məsələn, çilingərlikdisə həmin namizəd müvafiq struturda təcrübədən keçiriləcək və bundan sonra işə götürüləcək. Digər hallarda isə namizədlər müsahibəyə çağırılacaq".
A.Bəkirli onu da qeyd edib ki, Kadr Ehtiyyatı
Bazasının yaradılması üçün test imtahanları keçiriləcək və bu işdə ARDNŞ TQDK
ilə əməkdaşlıq etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB