Bank of Baku müştərilərinə bayramda da xidmət göstərəcək

Bank of Baku müştərilərinə bayramda da xidmət göstərəcək

Bank of Baku ASC Azərbaycan xalqını qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram ilə əlaqədar elan olunan qeyri-iş günlərində əhaliyə xidmət göstərməkdə davam edəcəyini bildirir. SİA-nın bankın məlumatına əsasən verdiyi xəbərə görə 29, 30 və 31 avqust tarixlərində bankın Xəqani, 2/Mərdanov qardaşları, 8, ünvanında yerləşən \"Xəqani\" filialında quraşdırılan Cash-in ödəniş aparatları vasitəsilə səhər saat 9:00-dan axşam saat 19:00-dək ödənişlərin qəbul edilməsi təşkil olunacaq. Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə Bank of Baku-nun Cash-in ödəniş köşkləri vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hal-hazırda, Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditləri və AvirTel İnternet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.

Ödənişləri həmçinin \"Park Bulvar\" Ticarət mərkəzində yerləşən Cash-in (saat 10:00-dan 22:00-dək) və Bank of Baku-nun Atatürk pr., 42, ünvanında fəaliyyət göstərən Baş İdarəsinin önündə təzəlikcə quraşdırılan Cash-in ödəniş köşkü vasitəsilə də həyata keçirmək mümkündür.

Əlavə olaraq, kredit üzrə ödənişləri telefon vasitəsilə və onlayn rejimdə aparmaq olar. Beləliklə, artıq 1 ildir ki, Bank of Baku-da Azərbaycan bank bazarında analoqu olmayan \"Telefon Bankçılıq - 145\" növbəsiz ödənişlər xətti müştərilərin xidmətindədir. Xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), Bank of Baku-nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir.


Qeyd etmək lazımdır ki, bayram günlərində aparılan bütün əməliyyatlar (Cash-in ödənişləri daxil olmaqla) 01.09.2011-ci il tarixli əməliyyat günü ilə bank proqramında əks olunacaqdır. Beləliklə, adi günlərlə yanaşı, bayram ərzində də əhalinin xidmətində olan Bank of Baku bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və \"Sizə yaxın bankçılıq!\" şüarına əməl edir.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня